“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli olub

08:13 21-07-2023 | icon 894
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli olub

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

 “Ağ-qaralar” bu raundda Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə üz-üzə gələcək.

Komanda I təsnifat mərhələsinin cavab görüşündə Belarus təmsilçisi “Minsk”i yenib - 2:1. Qarşılaşma UEFA-nın qərarına əsasən Bakıda “Azersun Arena”da gerçəkləşib. Tərəflər arasındakı ilk görüş heç-heçə yekunlaşmışdı - 2:2.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.


Digər xəbərlər

0.26669406890869