Azərbaycan Kubokunda 2023/2024 mövsümünün təqvimi bilinib

00:03 22-07-2023 | icon 988
Azərbaycan Kubokunda 2023/2024 mövsümünün təqvimi bilinib

Azərbaycan Kubokunda 2023/2024 mövsümünün təqvimi müəyyənləşib.

Komandalar turnirdə mübarizəyə noyabrda start götürəcəklər.

Həmin ay ilk iki təsnifat mərhələsinin matçları olacaq. Əsas mübarizə - 1/8 final mərhələsi isə 19-20 dekabr tarixlərində baş tutacaq. Bu raundların hamısında qalib bir oyunla bilinəcək.

Ölkə kubokunda 1/4 final görüşləri 2024-cü ilin yanvar-fevral aylarına təsadüf edəcək. Apreldə isə yarımfinalın həm ilk, həm də cavab qarşılaşmaları təşkil olunacaq.

Azərbaycan Kubokunun final matçı iyunun 2-də gerçəkləşəcək və bununla mövsüm başa çatacaq.

Azərbaycan Kuboku

18-19 noyabr: I təsnifat mərhələsi

28-30 noyabr: II təsnifat mərhələsi

19-20 dekabr: 1/8 final

30-31 yanvar 2024-cü il: 1/4 final, ilk oyunlar

6-7 fevral: 1/4 final, cavab oyunları

2 aprel: yarımfinal, ilk oyunlar

23 aprel: yarımfinal, cavab oyunları

2 iyun: Final

Qeyd edək ki, Azərbaycanda 2023/2024 mövsümünə avqustun 4-6-da keçiriləcək Premyer Liqanın I tur oyunları ilə start veriləcək.


Digər xəbərlər

0.2528600692749