Ədalətli mövqe

13:18 25-07-2023 | icon 543
Ədalətli mövqe

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə
Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında
çox maraqlı məsələlərə toxunulub. Dövlətimizin başçısı deyib ki, Qarabağda hakimiyyəti
ələ keçirmiş xunta artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı
kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər. Bu gün
çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir.
Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil Azərbaycanda bəzi
jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil
olacaq. Xankəndi xuntası Şuşada bir daşı daş üstə qoymayıb. Onların Azərbaycana
qarşı, xalqımıza qarşı nifrəti normal insan psixikasına sığışmır. Qəbir daşlarını oğurlayıb
orada azərbaycanlıların adlarını sildirib öz yaxınları üçün qəbir daşları kimi istifadə
edirdilər. Azərbaycanlıların qəbirlərini qazıb orada ölülərin kəllələrindən qızıl dişlərini
çıxararaq əridib bazarda satıblar. 60 min hektar meşə fondu ermənilər tərəfindən məhv
edildi, doğranıldı və sonra parket kimi satıldı.
Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi
nümayəndə təyin olunmuşdur. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya
sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin
nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina
etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən
dəvət etdik, onlar yenə də imtina etdilər. Üçüncü dəvət olmayacaq. Prezidentin dediyi
kimi, biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir
şey etməmişik.
Sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə
mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi.. Azərbaycanın sözügedən
təşəbbüsü tam olaraq legitimdir.
Minatəmizləmə prosesi ən böyük əngəldir. Minalar müharibə bitəndən sonra üç
yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Bu
müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların
xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır.
Azərbaycana təqdim olunmuş xəritələrin dəqiqliyi heç 25 faiz deyildi.
Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq.
Bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb.
Ermənilərin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Bizim yerli
şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8
və ya 10 dəfə ucuz həyata keçirir.
Azərbaycan öz hərbi üstünlüyünü hər zaman nümayiş etdirib. Fərrux əməliyyatı,
2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, 2022-ci ilin
sentyabrında sərhəddə vəziyyət, habelə nəzarət-buraxılış məntəqəsinin açılışı
üstünlüyümüzün sübutlarıdır. Öz müqəddəratının təyin olunması isə ərazi bütövlüyü
prinsipini kölgədə qoymur. Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur. Biz BMT
Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq.
Beynəlxalq hüququn fundamental prinsipləri var və onlara riayət olunmalıdır.

Elşad Quliyev,
Cəlilabad rayon Şükürlü kənd
tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.27433586120605