Azərbaycan və Türkiyə qardaşlığı məlum faktdır

13:18 25-07-2023 | icon 641
Azərbaycan və Türkiyə qardaşlığı məlum faktdır

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə
Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı bir
daha göstərdi ki, Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər
uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. İki ölkə arasında
mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir.
Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi
“Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. kinci Qarabağ
müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə
çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi
qardaşlarımızdan hiss etdik.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab
Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib
Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə
rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu
səfərlərinin hər birində  iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx
əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə
dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc
mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu,
bölgənin sabitliyi üçün çox önəmlidir.
İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto
mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini
imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün
çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş
gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi
və bir çox sahədə əməkdaşlığın olduğunu görərik.
Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır.
Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və
vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və
regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından
kənarda çox yüksək qiymətləndirilir.
Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız
qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu
haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Vətən
Müharibəsi zamanı bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi
texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş
aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük
üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış,
Bu,bir xalq kimi gücümüzü daha da gücləndirəcək, ölkəmizin dünya birliyində
mövqeləri möhkəmlənəcək, beynəlxalq siyasi-iqtisadi əlaqələrimiz daha da
genişlənəcəkdir. Bu istiqamətdə iki qardaş xalqa, dövlətlərimizin başında duran
liderlərimizə uğurlar diləyirik.

Əfqan Həsənov,
Cəlilabad RMX PHŞ-in Cərrahiyyə
Şöbəsinin müdiri


Digər xəbərlər

0.20029211044312