Biz ayıq olmalıyıq və keçmişimizi unutmamalıyıq

13:19 25-07-2023 | icon 595
Biz ayıq olmalıyıq və keçmişimizi unutmamalıyıq

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə
Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında
qeyd etdi ki, torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə
görmürük. Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin
səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir.
Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin
edirik və yaxşı idarəçilik mövcuddur.
Lakin unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı,
gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda
olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi.
Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin
tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz
hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən
kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq.
Prezident çox düzgün qeyd etmişdir ki, beynəlxalq hüquq işləməyəndə, imza o
qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. BMT
Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-
şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və
bu gün həmin tendensiya davam edir. Regional inkişafəsasən Azərbaycanla Ermənistan
arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq
təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu
günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər
beynəlxalq hüquqa əsaslanmalıdır.
İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz
getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın
ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ
müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində
gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya
qoyulmadı.
Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana
nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü
tanımayacağıq. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə
bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Əgər bu addım atılsa və
Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina edilsə, bu sazişin ilin sonunadək
imzalanması kifayət qədər mümkündür. Ermənistanla münasibətlərin tənzimlənməsində
biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda
vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq.
Kamal Ələsgərov,
Cəlilabad rayon Əsədli kənd
tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.25090909004211