İnformasiya savaşında önəmli amillər

13:20 25-07-2023 | icon 1034
İnformasiya savaşında önəmli amillər

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə
Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında
deyildiyi kimi, bu gün Azərbaycan mediası çox böyük işlər görür. İşğal dövründə biz
hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir
məqsədə doğru yorulmadan gedirdi. Xalqımızla, Ordumuzla, qəhrəmanlarımızla fəxr
etməmək mümkün deyil. Şuşaya çatmaq üçün bizim qəhrəman əsgərlərimiz və
zabitlərimiz yüngül silahlarla, qarşılarında topla, tankla, artilleriya ilə silahlanmış
düşmənlə üz-üzə, bəzi hallarda əlbəyaxa döyüşlərdə ölümə gediblər. Onların sırasında
cəsur jurnalistlərimiz də var idi, hətta şəhidlərimiz də olub.
Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinətəkcə
beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri
çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur. Məsuliyyətli KİV qonşu ölkələr
arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərə bilər. Ən yaxşı üsul
İrandakı auditoriyanı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa
prosesi haqqında məlumatlandırmaqdır.
Öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam
edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə
qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab
verməliyik.
Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca
şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın
maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda
üzə çıxır.
Sosial medianın roludurmadan artır. Azərbaycan kimi ölkədə insan 24 saat
işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Sosial media
cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək
lazımdır. Sosial media və ənənəvi KİV-ləradekvat idarəetmənin meyarıdır. Məsələlərdən
xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına
mütləq müraciət olunmalıdır.
Tolerantlığın və demokratik yanaşmanın təcəssümü mediamızda geniş əks
olunur. Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə
Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə
xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq.
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Azərbaycanda yaşayan etnik
qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə
malikdirlər.

Ramil İbrahimov,
Lənkaran-Astara Regional Mədəniyyət İdarəsi
Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru


Digər xəbərlər

0.24980211257935