Böyük qayıdış başlanıb, ölkəmizin iqtisadiyyatı sabitdir

13:20 25-07-2023 | icon 522
Böyük qayıdış başlanıb, ölkəmizin iqtisadiyyatı sabitdir

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə
Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında
göstərilib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb.
Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər
edilib. Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində
150 mindən çox insanı qaytaracağıq. 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib.
Bir çox kəndlərin təməli qoyuldu. Şəhərlərin Baş planları təsdiq olunanda həmin
şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır.
Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər
nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci
mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. İşğaldan
əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Laçın şəhəri cəmi
səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə üçün bu gün
şərait var. Həm fərdi evlər, həm çoxmənzilli evlər. Sentyabrın 15-dək məktəb də hazır
olacaq, uşaq bağçası da hazır olacaq, xəstəxana da hazır olacaq və digər sosial
obyektlər də inşa edilir.
Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar.
Amma şəhərlərin inkişaf planıdaha genişmiqyaslıdır. Baş planımıza görə Ağdam
şəhərində 100 minə yaxın insan yaşayacaq. Bütün bunlar mərhələli yollarla ediləcək.
Bütün işlər iqtisadiyyatın sabit inkişafından asılıdır. Prezidentimizin qeyd etdiyi kimi, bu
sahədəki uğurlarımız göz qabağındadır. Azərbaycan Avropaya əhəmiyyətli qaz
tədarükçüsünə çevrilmişdir. Bu gün kapital və sərmayə proqnozlaşdırılabilən və sabit
məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də
Azərbaycan sabitlik məkanı idi. Bu gün bizim prioritetimiz qeyri-neft sektorunun
inkişafıdır. Biz ümumi daxili məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını
ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını
artırırıq.Xarici borcumuz ümumi daxili məhsulla müqayisədə təqribən 10 faizə
bərabərdir. Bizim valyuta ehtiyatlarımız da ümumi daxili məhsuldan 10 dəfə artıqdır və
biz xarici borcumuzu bir həftə içərisində bağlaya bilərik. Ticarət dövriyyəmiz böyük
profisitlə həyata keçirilir. Son altı ay ərzində ixrac-idxalla müqayisədə bizim profisitimiz
10 milyard dollara bərabər idi.
Bəzi Amerika şirkətləri artıq Azərbaycanın bərpaolunan enerji sahəsinə maraq
göstərir. Biz bu sahədə çox böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar
bilirlər ki, Bakı çox küləkli şəhərdir. Külək Xəzər dənizində də böyük gəlir gətirəcək.
Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə
Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji
sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və
Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak
edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl
enerji xətti inşa edəcəyik. Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş
enerjisi stansiyası istifadəyə veriləcəkdir.
Kənd təsərrüfatı sahəsində, suvarmada Amerika şirkətlərinin aparıcı
avadanlıqlarından istifadə olunur. Ancaq biz Amerika şirkətlərini daha çoxinvestorkimi
görmək istəyirik. Burada çox məhsuldar torpaqlar var və bizim su resurslarımızın 25
faizi məhz Qarabağdan qaynaqlanır.

Xəqani Əliyev,
Cəlilabad rayon Xanəgah
kənd tam orta məktəbin direktoru


Digər xəbərlər

0.25309920310974