Sabit əməkdaşlıq əlaqələri

13:21 25-07-2023 | icon 603
Sabit əməkdaşlıq əlaqələri

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə
Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında
qeyd edildiyi kimi, Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə
gələcəyimizin əsas məsələləri üzrə konsensus var, həmrəylik var. Hər bir ölkənin öz
gündəliyi var, öz xarici siyasəti var, öz daxili səbəbləri var. Biz bilirik İkinci Qarabağ
savaşı dönəmindəbizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub,
neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi düzgün
olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq.
Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və
Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz kiçik
nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir. Ötən ilin
fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin
inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində
müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi
strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir.
Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm
təmələ malik idi. Məhz Rusiya tərəfi Ermənistan və Azərbaycan 2020-ci il noyabrın 9-da,
Üçtərəfli Bəyanatın razılaşdırılmasının getdiyi bir vaxtda həmin birləşdirici rolu
oynamışdı.
Bəyannamə imzalanan andan bəri Rusiya ilə Azərbaycan arasında
münasibətlərin inkişafı kifayət qədər uğurlu olub. Yüksək səviyyədə xeyli təmaslar olub,
hökumət başçıları, xarici siyasət qurumları və digər hökumət və ictimai strukturların
təmsilçiləri səviyyəsində təmaslar olub.
Dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci
Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi
üçünmüxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır. Lakin
belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir. Ona görə
münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu
olacaqdır.
Digər bəzi məsələlərə də toxunmaq istəyirəm. Moskva Bəyannaməsi Türkiyə ilə
imzalanmış Şuşa Bəyannaməsini əsla kölgədə qoymur. Dünyanın indiki qarışıq və
təlatümlü vaxtında Rusiya ilə Türkiyənin münasibətlərinin yüksələn xətlə inkişafı onu
deməyə əsas verir ki, bu sənədin imzalanmasında Ankaraının da xeyir – duası olub.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təşəbbüsü Rusiya öz üzərinə
götürdü. Çünki, Rusiya 10 noyabr Bəyannaməsinin hazırlanmasında vasitəçilik edirdi.
Rusiya sülhməramlıları hazırda regionda müvəqqəti yerləşdirilib. Rusiya Azərbaycanın
qonşusudur, ancaq Ermənistanla qonşu olmasa da, onunla olduqca yaxın ölkədir.
İndi bizim gözlədiyimiz əsas məsələ Rusiyanın öz öhdəliklərinə və imzaladığı sənədlərə
nə dərəcədə səmimiyyətlə əməl edəcəyidir və heç şübhəsiz bizim ilk narahatçılğımız
Qarabağdakı separatçı meyllərin azğınlaşması və bütün bunların Rusiya
sülhməramlılarının nəinki gözləri önündə, bir çox hallarda onların xeyir-duası ilə baş
verməsidir.

Hafiz Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi


Digər xəbərlər

0.25117707252502