Zakir Həsənov, Əli Nağıyev və Yaşar Güler bir arada - Foto

22:23 25-07-2023 | icon 814
Zakir Həsənov, Əli Nağıyev və Yaşar Güler bir arada - Foto

İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

 

 


Digər xəbərlər

0.23091912269592