Beynəlxalq nüfuzun göstəricisi və dostluğun təcəssümü

15:04 26-07-2023 | icon 585
Beynəlxalq nüfuzun göstəricisi və dostluğun təcəssümü

Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “ChinaGlobal Television
Network” televiziya kanalında yayımlanmış müsahibəsində deyildiyi kimi,
Azərbaycan-Çin əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır.
Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət
verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır.
Siyasi prioritetlərimiz belədir: 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca
məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi,
qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin
yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. İnkişafımızın hədəflərindən biri
regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir.
Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Nəqliyyat
infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb.
“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır
infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı
genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma
baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl
açıldı. Onun imkanlarını hazırda25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma
zavodunun genişləndirilməyinəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək.
Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür. Hazırda
mövcud dəmir yolunu müasirləşdiririk ki, qatarların sürəti artırılsın və daha çox yüklər
nəql edilsin. Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol
keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Azərbaycandan Türkiyə və
Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal
şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa
çatdırılıb.
Cari ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda
istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər.
Azərbaycan Prezidenti müsahibəsində Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji
sahəsində əməkdaşlığı da əlavə edib. Azərbaycanda buna  böyük potensial
olduğunu bildirən dövlət başçısı Çində böyük texnoloji nailiyyətlərin mövcudluğunu
diqqətə çatdırıb.

Xanoğlan Süleymanov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.22121596336365