Bizi möhkəm münasibətlər bağlayır

15:05 26-07-2023 | icon 698
Bizi möhkəm münasibətlər bağlayır

Praqmatik xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində öz mövqeyini gücləndirmək və yeni geostrateji əməkdaşlıq platformalarını gerçəkləşdirmək üçün həm ikitərəfli, həm də
çoxtərəfli əlaqələr dairəsini genişləndirməkdədir. Şübhəsiz, bu günədək ölkəmizin
xarici siyasət strategiyasının əsas istiqamətləri qismində yerləşdiyi regionda səmərəli
əlaqələr və əməkdaşlıq platformaları reallaşdırmaq əsas vəsələdir. XXI əsrin iqtisadi
güc mərkəzinə çevrilən və özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünya
düzəni formalaşdırmaq iddiasında olan Çin isə müstəqil xarici siyasət kursuna malik
olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi lokomotiv aktorlardandır.
Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “ChinaGlobal Television
Network” televiziya kanalında yayımlanmış müsahibəsində vurğulandığı kimi, Ulu
Öndər Heydər Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi.
Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və
Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və
inkişafından yaxşı xəbərdar idi. Ulu Öndər Heydər Əliyev hər zaman çalışırdı ki,
cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı
problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin.
Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox
vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri
əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də
tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu
münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini
müəyyən etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni
inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin
əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi.

Əlişir Teymurov,
Cəlilabad rayon Qarğılı kənd
ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.42989611625671