Bizim siyasət kursumuz dəyişməyəcək

15:07 26-07-2023 | icon 745
Bizim siyasət kursumuz dəyişməyəcək

Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “ChinaGlobal Television
Network” televiziya kanalında yayımlanmış müsahibəsində vurğulandığı kimi, Çin
Avrasiya subregionunda, xüsusilə də Azərbaycanın mühüm təsir imkanlarının olduğu
bölgələrdə ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı-faydalı əməkdaşlıq
münasibətlərinə xüsusi əhəmiyyət verir.
Multikulturalizmin Azərbaycan modeli kifayət qədər işləyir və mükəmməlləşib.
Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik dövründə, sözün əsl mənasında,
etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir.
Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük
sərvətlərimizdən biridir. Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində
erməni lobbisi böyük infrastruktura malikdir. Onlar dövri olaraq Azərbaycana hücum
çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və
hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ,
Azərbaycanofobiya mühitini yaradırlar. Fransa Ermənistanın ən böyük vəkilinə
çevrilib. Hazırda Fransa hökumətininçox əsassız hücumları ilə üzləşirik. Onların
xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır.
İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ
müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu.
İdmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük
qürur hissləri bürüyür.
2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları bir
şəhərdə cəmi iki il ərzində keçirilib. İlk Avropa Oyunları həqiqətən Azərbaycanı
Avropaya açdı. Formula 1 yarışları artıq yeddi dəfə keçirilib. Formula 1-in
auditoriyası 500 milyondur. İlk Formula 1 yarışlarından sonra turizm 20 faiz artdı və
COVID-dən əvvəl hər il on – on beş faiz artım var idi. Avropa Liqasının 2019-cu ildəki
final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirildi.
Biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər
zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl
qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və
heç zaman da dəyişməyəcək.

Sucayət Mehtiyev,
Cəlilabad rayon Şabanlı kənd
tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.25879406929016