Çin ilə əməkdaşlığın parlaq gələcəyi var

15:08 26-07-2023 | icon 725
Çin ilə əməkdaşlığın parlaq gələcəyi var

Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “ChinaGlobal Television
Network” televiziya kanalına müsahibəsi iki ölkə münasibətlərinin inkişafı baxımından
mühüm addım kimi qiymətləndirilir. Səmimi söhbətdən çıxarılan nəticə budur ki, Çin-
Azərbaycan münasibətlərinin inkişafı və yeni çalarlar əldə etməsində nəqliyyat-
logistika əməkdaşlığı xüsusi yer tutur.
Çin-Azərbaycan münasibətlərinin inkişafı və yeni çalarlar əldə etməsində
nəqliyyat-logistika əməkdaşlığına daha geniş nəzər yetirmək lazımdır. Məlumdur ki,
Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını
şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan
amillərdən biri ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir.
Prezident İlham Əliyevin bildirdiyi kimi: “Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin
yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır.
Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir”.
Prezident deyib ki, Son zamanlar Azərbaycan-Çin münasibətləri daha da
intensivləşib. Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir.
Əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və
inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Xüsusilə
nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirib ki,
Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün
yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola
bilər.
Nəticə etibarilə, çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlıq əlaqələrinə malik olan
Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı,
müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsinin, Avrasiyanın və
bütövlükdə dünyanın hərbi-siyasi, iqtisadi, ekoloji, demoqrafik və enerji
təhlükəsizliyinin təmin olunmasına strateji töhfələr verir.
Bütövlükdə qənaətimiz budur ki, Azərbaycan-Çin əməkdaşlığı parlaq
geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni
əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.

Elnur Azadxanov,
Cəlilkabad Rayon Mərkəzi Xəstəxanası
Publik Hüquqi Şəxsin direktoru


Digər xəbərlər

0.25514912605286