“Sizi həm də Vaqif Mustafazadəyə görə sevirəm” - Əfsanəvi müğənni Bakıda - Fotolar
SSRİ Xalq artisti, əfsanəvi gürcü müğənni Nani Breqvadze Azərbaycanın Xalq artisti Emin Ağalarovun dəvəti ilə Bakıya gəlib.
Ifaçı “Sea Breeze”dəki “Şöhrət xiyabanı”nda onun şərəfinə qoyulmuş “ulduz”un açılışında iştirak edib.
N. Breqvadze hisslərini belə dilə gətirib: “Deməyə söz tapmıram. Sizə hər şeyə görə təşəkkürümü bildirirəm. Əlbəttə, mən çox şadam. Düzünü desəm, imzamın “Şöhrət xiyabanı”nda olacağına hazır deyildim”.
87 yaşlı gürcü müğənni Azərbaycana olan böyük sevgisini bu sözlərlə ifadə edib: “Siz təsəvvür belə etmirsiniz ki, mən bu məmləkəti necə sevirəm. Kiçik yaşlarımdan Bakıda çox olmuşam. Azərbaycan xalqı çox istiqanlı və musiqisevərdir. Sizi həm də ona görə sevirəm ki, məni sizin dahi pianoçu Vaqif Mustafazadə müşayiət edib. Bu, möhtəşəmdir. Sizin mahnılarınızı sevirəm, amma oxuya bilmirəm”.
Xatırladaq ki, bir müddət əvvəl N. Breqvadze və E. Ağalarov duet ifa ediblər. Onlar “Çiçəklər ölkəsi” adlı məşhur gürcü mahnısını dostları, Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidzenin əziz xatirəsinə həsr ediblər.
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...