10 kq şüşə və samovar: Azərbaycanda taksidə daha nəyi unudurlar

08:08 28-07-2023 | icon 1110
10 kq şüşə və samovar: Azərbaycanda taksidə daha nəyi unudurlar

Müasir həyat tempi bizi daima tələsməyə məcbur edir və bu qaçaqaçda şəxsi
əşyalarımızı haradasa unuda bilərik. Məsələn, taksidə. “Maxim” xidmətinin
mütəxəssisləri istifadəçilərin taksidə unutduqları əşyalarla bağlı müraciətlərin
analizini apararaq, avtomobil salonunda ən çox tapılan əşyaların ilk onluğunu tərtib
ediblər.
Unudulan əşyaların reytinqində ilk yeri bu cür halların 40%-ni təşkil edən telefon tutur,
ikinci yerdə 12%-lə pulqabı və çantalar gəlir. Maraqlıdır ki, taksidə unudulmuş
çantalardan birinin sahibi “Maxim” dəstək xidmətinə yazdığı şərhdə onun qızılla dolu
olduğunu söyləyib. 9% halda sənədlər unudulub ki, bunların da arasında pasportlara,
nikah haqqında şəhadətnamələrə, buraxılış vərəqələrinə və hətta hərbi biletə rast gəlmək
olar. Tapılan əşyaların 3,5%-i açarların və uşaq əşyalarının payına düşür. Həmçinin tez-
tez geyim (2,9%), eynəklər və bəzək əşyaları (2,7%), plastik kartlar (1,8%) itirilir.
Nadir və qeyri-adi tapıntılar arasında 10 kq şüşə, stul, televizor, xarrat dəzgahı, büllur
fincan və nəlbəki, həmçinin samovar olub.
Daha bir neçə maraqlı fakt. Sərnişinlər əşyalarını itirmələri barədə daha fəal şəkildə
gündüz saat 12-16 aralığında xatırlayaraq, “Maxim” dəstək xidmətinə müraciət ediblər.
60% halda əşyalar, həqiqətən də, maşında unudulub və sahiblərinə qaytarılıb. Yerdə qalan
hallarda sərnişinlərin öz əşyalarını haradasa başqa yerdə unutduqları müəyyənləşdirilib.
Taksidə unudulan əşyaları mümkün qədər tez qaytarmaq üçün “Maxim” əlavəsində
səfərlərin tarixçəsinə girmək, sürücü ilə çatı seçmək, ona unudulmuş əşya barədə yazmaq
və birbaşa görüş barədə razılığa gəlmək lazımdır. Bu cür variant avtomobildən düşən kimi
əşyasını itirdiyinin fərqinə varan şəxslər üçün uyğundur.
Daha bir üsul – dəstək xidmətinə müraciət etməkdir. Bunun üçün “Menyu”nu açmaq, sonra
“Dəstək” bəndini seçmək, əks əlaqə formasına yazmaq və ya operatora zəng etmək
lazımdır. Xidmət əməkdaşları vəziyyəti araşdırmaqda və itirilmiş əşyanın sahibinə
qaytarılmasında yardımçı olacaqlar.
Əşyalarınızı sonradan axtarmamaq üçün avtomobildən düşərkən sizə aid olan hər şeyi
götürüb-götürmədiyinizi yoxlamağınızı tövsiyə edirik.

İstinad məlumat
Xidmət Azərbaycanda öz işinə 2017-ci ildə başlayıb, ilk şəhər Bakı olub. Hazırda xidmət daha beş şəhərdə –
Qəbələdə, Sumqayıtda, Gəncədə, Mingəçevirdə və Xaçmazda əlçatandır.
Xidmət qeyri-məhdud sayda sifarişçiləri və icraçıları qoşmağa və milyonlarla sifariş emal etməyə imkan verən
proqram-aparat kompleksi yaradıb. “Maxim” xidmətlərinin sifarişi üçün tətbiq və Taxsee Driver sifarişləri ilə iş
üçün tətbiq milyonlarla istifadəşiləri olan dünya tətbiqləri reytinqinə daxildir.
Xidmətin missiyası – istifadəçilərin qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq, insanlara öz məqsdədlərinə doğru
getməyə yardım etməkdir!


Digər xəbərlər

0.69014191627502