Yağış, dolu, güclü külək... - Sabahın havası

18:03 28-07-2023 | icon 778
Yağış, dolu, güclü külək... - Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 25-28° isti olacaq.

 
 

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.


Digər xəbərlər

0.2644190788269