Adrian Mutu "Neftçi"də qarşısına qoyulan hədəfləri açıqlayıb

18:08 28-07-2023 | icon 966
Adrian Mutu

"Neftçi"nin baş məşqçisi Adrian Mutu qarşısına qoyulan vəzifələri açıqlayıb.

Rumıniyalı mütəxəssis bu barədə "Sport-Ekspress" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, 2023/2023 mövsümündə əsas hədəfləri Premyer Liqada çempion olmaq və Azərbaycan Kubokunu qazanmaqdır: "Nə vaxtsa "Fiorentina"ya başçılıq etmək istərdim. Bu klubu çox sevirəm. Amma hazırda bütün fikrimi “Neftçi”də işləməyə yönəltmişəm. Qarşımızdakı məqsədlərə çatmaq üçün bütün gücümü ortaya qoymalıyam".

Qeyd edək ki, Adrian Mutu "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.


Digər xəbərlər

0.25169110298157