İşğaldan azad edilmiş şəhərlərin günü təsis edildi - Siyahı
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:
26 avqust – Laçın şəhəri günü
4 oktyabr – Cəbrayıl şəhəri günü
17 oktyabr – Füzuli şəhəri günü
20 oktyabr – Zəngilan şəhəri günü
25 oktyabr – Qubadlı şəhəri günü
8 noyabr – Şuşa şəhəri günü
20 noyabr – Ağdam şəhəri günü
25 noyabr – Kəlbəcər şəhəri günü.
Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...