Ana dilimiz milli-mənəvi sərvətimizdir

18:11 01-08-2023 | icon 881
Ana dilimiz milli-mənəvi sərvətimizdir

Ümummilli Lider Heydər Əliyevin “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18
iyun 2001-ci il tarixli fərmanı, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə
bütünlüklə təmin edilməsi çox möhtəşəm tarixi hadisələr idi. Ulu öndər 2001-ci il
avqustun 9-da Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi
haqqında fərman imzaladı. Həmin fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü elan olundu. Bundan sonra hökumət səviyyəsində 2002-ci il
30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan
Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi
işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir
addımdır.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun
rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına,
zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi.
"Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik
formulu yoxdur" - söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki,
gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider
ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı
söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular,
müdriklik hiss edilərdi: Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz
İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı sərəncamlar və bu istiqamətdə görülən işlər
ana dilimizin inkişafına güclü təkan verdi. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və
“Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu
istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Dövlət
başçımız dəfələrlə vurğulamışdır ki, bizi millət kimi qoruyub saxlayan məhz dilimiz,
ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.
Qeyd edək ki, indi ölkəmizin sərhədlərindən kənarda da Azərbaycan dilində danışan
milyonlarla soydaşımız yaşayır. Qürur duyuruq ki, Azərbaycan dili beynəlxalq
tribunalardan eşidilir. Azərbaycan Respublikasının Dövlət Himni məhz bu dildə bütün
dünyada səslənir. Öyünürük ki, Azərbaycan dili təkcə türk dünyasında deyil, planetin hər
bir guşəcində tanınır, sivil bəşəriyyət ona hörmətlə yanaşır, dilimizdə dünya elminə,
ədəbiyyatına töhfə verən əsərlər yaradılır.

Mahir Əsgərov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Uzuntəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini


Digər xəbərlər

0.30162501335144