Ulu Öndər Heydər Əliyev Ana dilimizi milli dəyər səviyyəsinə yüksəltdi

18:12 01-08-2023 | icon 538
Ulu Öndər Heydər Əliyev Ana dilimizi milli dəyər səviyyəsinə yüksəltdi

Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca
xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim
xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız
əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz
dilini itirməmişdir. 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi
qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin "Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında" fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil
Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili
Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri
içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil
məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Bu tarixi şəxsiyyət Ana
dilimizi milli dəyər səviyyəsinə qaldırmağı bacardı.
Əlifbaya keçid hər zaman çox mürəkkəb məsələ kimi böyük tarixi bir prosesi əhatə
edir. Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan
Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin
hazırlanması bunun parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyev doğma ana
dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın
qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş
tutdu. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı eyni zamanda
Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Beləliklə, görülən işlərin nəticəsində
kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.
İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı
Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan ədəbiyyatını, azərbaycanlı
düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz
İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı
"Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı
sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində
kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı
sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq
ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından
olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu
zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən
biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan milli ensiklopediyasının
nəşri haqqında"kı sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı
mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı.

Xaliq Muxtarov,
Cəlilabad RMX PHŞ-in Hemodializ şöbəsinin müdiri


Digər xəbərlər

0.2669689655304