Ən ədalətli mövqe, ən prinsipial münasibət

14:09 03-08-2023 | icon 657
Ən ədalətli mövqe, ən prinsipial münasibət

Artıq bütün mütərəqqi beynəlxalq ictimaiyyət bilir ki, 30 il ərzində
torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı
beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi.
Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə
yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və
Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar
nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki,
Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi.
Prezident İlham Əliyevin 22 iyultarixində Şuşada “Euronews” televiziya
kanalına verdiyi müsahibəsində də vurğulayıb ki, Azərbaycan 30 illik işğaldan əziyyət
çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi
oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna
baxmayaraq biz qisası döyüş meydanında aldıq.
Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur.
Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir. Əgər biz
Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi
bütövlüyümüzümübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə
sülh variantını tapa bilərik.
Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz
qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının,
eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa
İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra
Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir.
Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi
olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə
ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna
müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal
oldular.
Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə
inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Sülh
sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik, -
deyə cənab İlham Əliyev bildirib. Və düşünürük ki, bu, ən ədalətli mövqedir.

İlahə Dadaşova,
Cəlilabad rayon Alar kənd
3 saylı tam orta məktəbin direktoru


Digər xəbərlər

0.2546238899231