Ermənistandakı ermənilərə önəmli mesaj
Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına
verdiyi müsahibədə maraqlı detallarla tanış olduq. Prezidentimiz xarici ölkənin
kanalına bildirib ki, əgər ermənilər bizim söylədiklərimizə qulaq asırlarsa,
Ermənistandakı ermənilərə sözümüz budur ki, biz onların dövləti ilə sülh istəyirik,
bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən
əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik
təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib.
Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Həm də hazırkı geosiyasi
vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Lakin biz düşünürük ki,
Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr
quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq
hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və
qüvvələr balansını aydın dərk etmək lazımdır.
Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar
dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və
təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi.
Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı.
Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlara
dair suala cavabında bildirib ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib
edilir: "Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz
Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi
bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz
tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik".
Müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və
bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv
edilib. Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik
əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların
qayıtmaq hüququ var. Düşünürük ki, xalqımızın, hörmətli dövlət rəhbərimizin səyləri
ilə məhz belə də olacaq, tarixi ədalət bərpa olunacaq.
Ramil Bağırov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...