Biz hər zaman siyasi dialoqa hazırıq

14:11 03-08-2023 | icon 891
Biz hər zaman siyasi dialoqa hazırıq

Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına
verdiyi müsahibə çox maraqlı bir məsələyə toxunaraq bildirib ki, biz separatizmə
qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə
birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı
mübarizəmizə fərqli yanaşma sərgilənir. Başqa bir diqqətdə olan məsələ isə Rusiya
ilə bağlıdır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari
dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Rusiya və
Azərbaycan arasında tarazlaşdırılmış və bir-birinin suverenliyinə dayanan əlaqələr
mövcuddur. Ona görə də həmin dövlətə yanaşmada Azərbaycan bu reallıqdan çıxış
edir. Yəni Rusiya ilə münasibətlərimiz tarazlaşdırılıb, bir-birimizin milli maraqlarının
və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır.
Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Rusiyaya qarşı
sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç
zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il
əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq.
İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi
adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq
var idi ki, o, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir
hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı
da yox idi.
Dövlətimizin başçısı bildirib: “Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı
sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda
yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi
Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk
edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Bu, bizim onları buranı
tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti
aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk.
Həmçinin ermənilər anlamalıdırlar ki, bizi saymamağa davam etsələr, bizim mövcud
olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”,
“parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün
olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək.
Azərbaycan Prezidenti bir daha dövlətimizin hər hansı bir kampaniyaya
qoşularaq kiminsə əleyhinə və ya leyhinə siyasət yeritməyəcəyini, ikitərəfli
əlaqələrdə olduğu kimi çoxtərəfli əlaqələrdə də balansa üstünlük verəcəyini diqqətə
çatdırıb.

Mübariz Kərimov,
Cəlilabad rayon Bəcirəvan kənd
tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.26331114768982