Qarabağ erməniləri başa düşməlidirlər ki…

14:12 03-08-2023 | icon 725
Qarabağ erməniləri başa düşməlidirlər ki…

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir
daha bildirdi ki, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik: «Ermənistan sülh
istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi
iddialarımız yoxdur»,-deyən dövlətimizin başçısı onu da bildirib ki, biz onların da
Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik: "Qarabağda, hazırda
müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan
insanlar Azərbaycanda yaşayırlar.
2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır, o, sülh razılaşması
deyildi. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz
Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən
təşəbbüslərlə çıxış etməyə başladıq. Azərbaycan sülh sazişinin prinsiplərini
müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin
qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə
təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.
Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın
yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul
olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal
dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin
təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Bu,
onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.
Ermənistan hökumətinin iki seçimi var. Ermənistan hökumətiüçün seçim çox
pis və qəbulolunanarasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq
hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında
yaşamaq hüququnun tanınmasına əsaslanır.
Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı
çıxmamalıdır. Əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə,
gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Azərbaycan Qarabağ ermənilərinə
normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik
təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının
təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat
yaşayacaqlar.

Amid Ağahüseynov,
ADPU Cəlilabad filialının inzibati təsərrüfat
işləri üzrə direktor müavini


Digər xəbərlər

0.24972987174988