Biz öz torpağımızda vuruşduq

14:13 03-08-2023 | icon 720
Biz öz torpağımızda vuruşduq

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində
deyib ki, müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi.
Azərbaycanın siyasi amillərə, işğal altındakı ərazilərdə uzunmüddətli infrastruktur
layihələrinə, minalarla dolu müdafiə sədlərinə baxmadan müharibədə qalib gəldiyini
xatırladan Prezident İlham Əliyev qeyd edib: “Sonradan “Zəfər yolu” adlandırdığım
yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini
göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar.
Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü
siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi
bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın
torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir
nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq”.
Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Müharibə uğurla başa
çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim
hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasınıçətinləşdirən işğal edilmiş
ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi
yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi.
Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə
məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə
dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada
məskunlaşdırmaqistəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Füzuli
tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Hətta biz Şuşaya
nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu
çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz
maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər.
Qısası, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim
Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da
Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda yaşayan
ermənilərə seçim hüququ veriləcəkdir. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı
sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda
yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi
Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk
edəcəklərinə dair seçim etməlidirlər.

Aydın Səfərov,
Cəlilabad rayon Dövlətalıbəyli kənd
tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.26487493515015