“Neftçi”nin stadionunun adı dəyişdi

00:34 05-08-2023 | icon 688
“Neftçi”nin stadionunun adı dəyişdi

“Neftçi”nin oyunlarını keçirdiyi “8-ci km stadionu”nun adı dəyişib. Stadion bundan sonra “Neftçi Arena” adlanacaq.

Bu barədə klubun prezidenti Fərrux Mahmudov məlumat verib.

 
 

O, bildirib ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək ev oyunuda bu arenada baş tutacaq: “Azarkeşlərin istəyini nəzərə alaraq “Neftçi” – “Beşiktaş” oyunu doğma stadionumuzda keçiriləcək”.

Qeyd edək ki, “Neftçi” – “Beşiktaş” matçı avqustun 10-u saat 20:00-da başlayacaq.


Digər xəbərlər

0.23813986778259