“Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər

20:27 07-08-2023 | icon 762
“Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 3-cü raundda Finlandiya təmsilçisi HJK ilə dueldən qalib ayrılsa, növbəti mərhələdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.

 
 

“Qarabağ” – HJK cütünün qalibi ilk matçını səfərdə keçirəcək.

“Qarabağ” - HJK cütünün məğlubu isə UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.


Digər xəbərlər

0.26786112785339