Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Pərvin Nağızadə saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Dindirilmə zamanı P.Nağızadə narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib.
Digər bir əməliyyat tədbiri zamanı isə rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Azər Əsədov saxlanılıb. Polis əməkdaşı tərəfindən sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 320 kiloqramdan artıq olan 107 ədəd çətənə kolu, 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.
Həmçinin, qeyd edilən dövr ərzində rayon ərazisində oğurluq faktları törədərək zərərçəkmişlərə maddi ziyan vuran 5 nəfər şəxs də müəyyən edilərək istintaqa təqdim olunub.
Aşkarlanan bütün faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
-
Rəşad Dağlıya 11 il cəza istənildi
...
-
Azərbaycanda 13 milyonluq narkotik ələ keçirildi - Saxlanılanlar var+Video
...
-
DTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi - Video
...
-
DİN-dən Gədəbəylə bağlı daha bir - Açıqlama
...
-
“Ay Brat” meyxanası ilə məşhurlaşan Mahir həbs olundu - Fotolar
...
-
Bu hərəkətlərinə görə onlara müəllimlik etmək qadağan edildi
...
-
“İsgəndər dedi ki, həmin adam bildiklərini gəlib toyda yayacaq”
...
-
“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı
...
-
Rufulla Axundzadə vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlayıbmış - Video
...
-
Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər ifşa edildi - Video
...