Dadaş Dadaşbəyli qızıl medalçı oldu - Fotolar

22:21 09-08-2023 | icon 680
Dadaş Dadaşbəyli qızıl medalçı oldu - Fotolar

İdmançımız Dadaş Dadaşbəyli II MDB Oyunlarının qızıl medalçısı olub.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, Belarusda keçirilən II MDB Oyunlarında ağır atletika üzrə yarışlara 150-dən çox idmançı qoşulub. 

Bu gün Əli Şükürlü və Dadaş Dadaşbəyli 109 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Əli Şükürlü toplam 300 kq (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.

Dadaş Dadaşbəyli isə toplam 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

 



Digər xəbərlər

0.240483045578