69 yaşlı icra başçısının nəzərinə: Əvəzlənməniz zəruridir  

01:42 15-08-2023 | icon 401
69 yaşlı icra başçısının nəzərinə: Əvəzlənməniz zəruridir
 

“İstefanız digər yoldaşlara da yaxşı nümunə olacaq” - Hələ 2019-cu ildə Prezident İlham Əliyevin Baş Nazirinin keçmiş müavini Əli Həsənovu qəbul edərkən dediyi bu sözləri bəzi icra başçılarına da aid etmək olar ki, siyahının başında gələn ismlərdən biri də Siyəzən rayon İH başçısı Novruz Novruzovdur.

1954-ci il təvəllüdlü icra başçısının 69 yaşı var.

Novruz Novruzov artıq yaşlanıb və onun yenisi ilə əvəzlənməsi zəruridir.

Qeyd edək ki, 1954-cü il mayın 2-də Lerik rayonunun  Zövnə kəndində anadan olmuş Novruz Novruzov 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Xatırladaq ki, bir müddət öncə mətbuatda icra başçısının səhhətində yaranmış ciddi problemlər üzündən artıq vəzifə daşımaq iqtidarında olmadığı haqda məlumatlar yayılmışdı.

Bu səbəbdən də onun Pezident Adminstrasiyasına müraciət edərək işdən azad olunmasını xahiş etməsi də yayılan məlumatlar arasında idi. 


Digər xəbərlər

0.19259595870972