Sabah da isti keçəcək - 44°

19:07 10-08-2023 | icon 1082
Sabah da isti keçəcək - 44°

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.


Digər xəbərlər

0.23771500587463