Azərbaycanda hansı komfortlu avtomobillər geniş yayılıb - Araşdırma

19:10 10-08-2023 | icon 874
Azərbaycanda hansı komfortlu avtomobillər geniş yayılıb - Araşdırma

“Maxim” taksi sifarişi xidmətinin mütəxəssisləri yüksək komfort tarifi ilə işləyən avtomobillərin
brendlərini araşdırıb və ən çox tələbat olan modellərin top onluğunu tərtib edib.


Reytinqin liderləri premium avtoseqment dünyasının klassikası sayılan Mercedes brendinin avtomobilləri
olub. Ümumilikdə bu maşınlarda xidmətlə “Komfort” tarifi üzrə 63% sürücü əməkdaşlıq edir. Bununla yanaşı,
birinci yerdə kompakt və yüksək komfortlu Mercedes C-class gəlir, bu maşından sürücülərin 26%-i istifadə
edir. İkinci yerdə Mercedes tarixində ən çox satılan E-class-dır (21%). Üçüncü yeri Mercedes-Benz 220 tutur:
bu modelin payına 9% düşür.
Həmçinin beşliyə Hyundai Sonata (5%) və Mercedes-Benz 200 sedanları (4,7%) daxil olub. Reytinqdə yerdə
qalan markaların payına 3%-dən çox düşməyib. Top onluqda həmçinin Volkswagen, Hyundai, KIA və BMW
brendləri var.
Olduqca unikal nümunələrə də rast gəlinib. Məsələn, Azərbaycanda “Maxim” xidmətinə müraciət edən
sərnişinlərin taksi sifarişinə Tesla, Porsche Cayenne, Lexus GX avtomobillərinin müxtəlif modelləri və hətta
Cadillac və Bentley-in vintaj modelləri də gələ bilər.
Reytinq Azərbaycanda “Maxim” xidmətinin fəaliyyət göstərdiyi 6 şəhərin məlumatları əsasında tərtib edilib.
Seçimə 1000-dən çox avtomobil markası daxil olub. Qeyd edək ki, seçimdəki sürücülərin böyük əksəiyyəti
şəxsi avtomobilində işləyir. Odur ki, hazırkı reytinq təkcə taksidə deyil, ümumiyyətlə, Azərbaycan yollarında
ən çox hansı komfortlu və biznes-klas avtomobillərinə rast gəlindiyini anlamağa imkan verir.

Azərbaycanda komfortlu avtomobillərin top onluğu
1. Mercedes C-class - 26%
2. Mercedes E-class - 21%
3. Mercedes-Benz 220 - 9%
4. Hyundai Sonata - 5%
5. Mercedes-Benz 200 - 4,7%
6. Volkswagen Passat - 3%
7. Mercedes-Benz 230 - 3%
8. KIA Optima - 1,7%
9. Hyundai Santa Fe - 1,4%
10. BMW 320 - 1,2%

İstinad məlumat
“Maxim” taksi sifarişi xidməti Azərbaycanda 2014-cü ildən işləyir. Hazırda şirkətin xidmətlərindən Bakı,
Sumqayıt, Mingəçevir, Gəncə, Qəbələ və Xaçmazda faydalanmaq olar.

Şirkət onu daha müasir, əlçatan və təhlükəsiz edən innovasiyalı nəqliyyat sifarişi texnologiyaları və digər
xidmətlər yaradıb. O həmçinin qeyri-məhdud sayda sifarişçiləri və icraçıları qoşmağa, milyonlarla sifariş
işləməyə imkan verən proqram-aparat kompleksi qurub. “Maxim” xidmətlərinin sifarişi üçün tətbiq və Taxsee
Driver sifarişləri ilə iş üçün tətbiq milyonlarla istifadəçiləri olan dünya tətbiqləri reytinqinə daxildir.


Digər xəbərlər

0.20682692527771