Etibar Hüseynov haqda böhtan yazanların nəzərinə

12:18 25-08-2023 | icon 977
Etibar Hüseynov haqda böhtan yazanların nəzərinə

Bu həkim haqqında mənə bir Gədəbəy sakini elə ürəklə, elə içdən-səmimi danışmışdı ki, kövrəldim. 

 Nə edək ki, getdikcə insanlar  soyuqlaşır, ədalətsizliklər durmadan artır, müəllim gül kimi körpə uşaqlara "pul dağarcığı" kimi baxır, həkim xəstəni, hakim cinayəti gəlir mənbəyi, ucuz qazanc hesab edir. Bu təkcə bizdə deyil, demək olar ki, dünyanı bürüyüb. Bəziləri hətta deyir ki, bütün bunlar "Qiyamət"in əlamətləridir...

 Amma bütün bu qaranlığın, zülmətin içində ŞAM kimi işıqlı insana rast gəlirsən. Və həyat gözlərində yenidən canlanır. Böyük filosof  Konfutsi əbəs yerə demirdi ki, zülməti  söyməkdənsə, bir ŞAM yandırın. Bəli, bircə ŞAM yandırın. 

Gözünüzün qabağına iki mənzərən gətirin. Zülmət qaranlıq otaq...adam özünü kor kimi aparırır, nə sağ var, nə sol, nə arxa, nə də ön...İndi isə həmin zülmətdə bircə barmaq boyda ŞAM yandırın...Həə..artıq  adam özünü kor kimi deyil, rahat hiss edir...sağ var, sol var, ön var...Yəni itmiş oriyentirlər bircə anda qayıdır. Bax belə barmaq boyda şam kimi insanlar da var cəmiyyətimizdə. Onlardan biri haqqında uzun-uzadı deyil, qısaca, ŞAM boyda yazmaq istəyirəm. 

Söhbət  Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Etibar Hüseynovdan gedir. Xəstələrin dediyinə görə, Etibar həkim xəstələrin dilini çox gözəl bilir. Həqiqətən də xəstənin dilini bilmək üçün səmimi, saf olmalısan ki, xəstələr də  sənə inansın, güvənsin...

Yəqin ki, Hipokrat andı da içib Etibar həkim. Bu yazını yazarkən, Hippokrat andının yunan, latın, hətta azərbaycan variantı ilə tanış oldum, mətni-andı  diqqətlə oxudum. Bu andı bu günədək milyonlarla həkim içib...amma noolsun. Məsələ and içməkdə, hətta Quran oxumaqda deyil ee...Bir insanlıq məsələsi var. Bir müdrik demişkən, insanın ölməsi qorxulu deyil, fəlakət insanlığın ölməsidir.

Amma Etibar həkim kimi  ŞAM kimi insanlar  varkən, insanlıq ölməz. Bilirəm səhiyyəmizdəki problemlərdən  bezən oxucularımız, başını bulayıb, bir gül ilə bahar olmaz deyəcəklər. Bəli, əziz oxucular! Mən də bilirəm bir güllə bahar olmaz. Ancaq BİR GÜL  panoramanı büsbütün dəyişə bilir. Gəlin, hamımız dua edək ki, vətənimizdəki ŞAM insanların sayı daha çox olsun. 

P.S. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Etibar Hüseynovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Etibar Hüseynov haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Qeyd edək ki, son günlər bəzi internet saytlarında Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Etibar Hüseynovla bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da bilirik və tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından xəstəxanın kollektivi bu qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər. 

Etibar Hüseynov haqda bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər baş həkiminin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, Etibar Hüseynov dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün kollektiv tərəfindən təqdir olunur. Buranın işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır və rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir.

Xüsusi olaraq qeyd edək ki, onun barəsində hansısa media qurumunun dərc etdiyi köhnə açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli  yazıların dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.


Digər xəbərlər

0.21914911270142