Elnur Məmmədov: "I və II MDB Oyunlarının nəticələri müqayisəli analiz olunacaq"
"I və II MDB Oyunlarının nəticələri müqayisəli analiz olunacaq".
Bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Heydər Əliyev Beynəxalq Aeroportunda jurnalistlərlə açıqlamasında deyib.
İdmançıları Belarusun paytaxtı Minskdə keçirilmiş II MDB Oyunlarında qazanılan uğur münasibətilə təbrik edək funksioner yarışda 62 medal əldə olunduğunu bildirib: "Medalların 10-u qızıldır. İki il öncə Rusiyanın Kazan şəhərində keçirilmiş ilk MDB Oyunlarında Azərbaycan 60 medal əldə etmişdi. Həmin vaxt yarışı medalların əyarına görə 4-cü, sayına görə isə 5-ci sırada bitirmişdik. II MDB Oyunlarında isə həm medalların əyarı, həm də sayı baxımından 4-cü yeri tutduq. Şükürlər olsun ki, əvvəlki ilə müqayisədə daha yaxşı nəticə göstərilib".
Məmmədov idmançıların çıxışı ilə bağlı federasiyalarla birlikdə ümumi təhlil aparılacağını vurğulayıb: "Burada uğurlarla yanaşı, hansı idman növündə lazımi effekti verməmişiksə, onun da dəqiq səbəblərini araşdırmalıyıq. İstəyimiz odur ki, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında ən yaxşı nəticələri göstərək".
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...