“Nar”dan sərfəli rouminq - Pulsuz WhatsApp yazışma

21:45 15-08-2023 | icon 921
“Nar”dan sərfəli rouminq - Pulsuz WhatsApp yazışma

Abunəçiləri üçün istənilən yerdə fasiləsiz ünsiyyəti təmin edən “Nar” yay tətilini xaricdə keçirən müştəriləri üçün sərfəli rouminq paketləri təqdim edir.

Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə təqdim olunan 4 rouminq paketindən yararlanmaq üçün səfərə çıxmazdan əvvəl rouminq paketlərindən birini sifariş etmək kifayətdir. İstədiyiniz ölkəyə uyğun istənilən rouminq paketini “Nar+” tətbiqində Xidmətlər>Paketlər>Rouminq bölməsindən çox rahat şəkildə sifariş edə bilərsiniz.

İstifadəçilər üçün unikal seçimlər təqdim edən “Nar”ın “Rouminq 9” paketi abunəçilərə 500 MB internet, “Rouminq 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Rouminq 18” paketi 1 GB internet, “Rouminq 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, “Rouminq 18” və “Rouminq 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.

Müştərilərin rahatlığını artırmaq üçün sifariş edilən paket daxilində balansı yoxlamaq isə *777#20#YES yığmaq qədər sadədir. “Rouminq 9”, “Rouminq 15” paketlərinin istifadə müddəti 5 gün, “Rouminq 18” və “Rouminq 28” paketlərinin istifadə müddəti isə 15 gündür. Rouminq xidməti haqqında bütün məlumatları nar.az/abroad bölməsindən əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Digər xəbərlər

0.23357391357422