"Beşiktaş" - "Neftçi" oyununun başlama saatı dəyişdirilib

10:22 17-08-2023 | icon 722

"Neftçi"nin Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.

Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Neftçi Arena"dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.


Digər xəbərlər

0.32635402679443