Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti

09:54 21-08-2023 | icon 618
Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti

BMT Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixində növbədənkənar
iclasında Azərbaycanın diplomatik qalibiyyəti bütün dünyanın gözü önündədsir.
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər
qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf
etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi
konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni
müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son
ümidlərinin puça çıxması ilə nəticələnib.
Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal
iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı. Rəsmi
Bakı regiondakı yeni geosiyasi reallıqlarla bağlı dünya ölkələrində kifayət qədər dolğun
və obyektiv təəssürat formalaşdıra bilib. Bu həm də ölkəmizin uğurlu diplomatik-siyasi
fəaliyyətinin, hücum diplomatiyasının və bütün məsələlərdə beynəlxalq hüquqa
əsaslanmasının nəticəsidir.
Rəsmi İrəvanın ziddiyyətli davranışı. Laçın-Xankəndi yolu ilə iddialarını BMT
müstəvisində qəbul etdirmək cəhdi bir daha təsdiqləyir ki, Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını bəyan etmiş Ermənistan reallıqda buna zidd davranışlara yol
verir. Azərbaycan rəsmi İrəvanın iddialarının əsassızlığını 2022-ci ilin dekabr ayından
etibarən beynəlxalq ictimaiyyətə göstərmək üçün təkzibedilməz fakt və arqumentlərdən
istifadə edib. Laçın-Xankəndi yolunun açıq olduğunu göstərən foto və videogörüntülər
yerli və beynəlxalq KİV-lərdə yayılıb. Eyni zamanda, əcnəbi qonaqların, jurnalistlərin,
ölkəmizdə akkreditasiyadan keçmiş beynəlxlaq təşkilatların nümayəndələrinin,
diplomatik korpus və səfirliklərin təmsilçilərinin əraziyə davamlı səfərləri təşkil edilib.
Beləliklə, Ermənistanın yalan kampaniya apardığı konkret faktlarla sübuta yetirilib.
Rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. BMT-də aparılan
müzakirələr bir daha göstərdi ki, bəzi Qərb dövlətlərinin və təşkilatlarının əsassız
çağırışlarına, qərəzli bəyanatlarına baxmayaraq, dünya ictimaiyyəti rəsmi Bakının haqlı
mövqedə olduğundan xəbərdardır. Azərbaycanın hərəkətləri qanunidir. TŞ-dəki
müzakirələr “Dağlıq Qarabağda”kı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin
vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata
keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. BMT-nin son qərarı Ermənistan
rəhbərliyində və Qarabağdakı separatçı xunta rejimində dərin məyusluq yaradıb.
Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin
yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı
etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı.
Vüqar Mirzəyev,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı


Digər xəbərlər

0.20367312431335