Murad Musayev “Neftçi” ilə oyuna sərxoş halda çıxıb?

14:41 21-08-2023 | icon 784
Murad Musayev “Neftçi” ilə oyuna sərxoş halda çıxıb?

“Sabah”ın baş məşqçisi Murad Musayev yenə də intizamsızlığı ilə gündəmə gəldi.

Rusiyalı mütəxəssis “Neftçi” ilə oyunda qırmızı vərəqə aldı. Musayevin qeyri-adi hərəkətləri diqqətdən yayınmadı. Onun, xüsusən də “Neftçi”nin futbolçusu meydandan çıxan topu götürmək istəyərkən sərgilədiyi davranış təəccüblə qarşılandı.

Murad Musayev “Neftçi” ilə oyuna içkili halda çıxıb. Mənbə bildirir ki, Musayev o qədər də aqressiv şəxs deyil, amma spirtli içki qəbul etdikdən sonra olduqca qəzəbli olur.

“Partizan”a məğlubiyyətdən sonra Musayevin psixoloji durumunun yerində olmadığı, spirtli içki qəbul etdiyi bildirilir.

O da vurğulanır ki, klub rəhbərliyi də Musayevin bu şakərinin qarşısını necə almağın yolunu axtarır.

Məsələ ilə bağlı “Sabah”ın da mövqeyini öyrənmək istədik. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirdi ki, bu məsələyə münasibət bildirmək niyyətində deyil, çünki məlumatın heç bir əsası yoxdur, absurddur.(aut)


Digər xəbərlər

0.21191000938416