“Araz Naxçıvan”dan uğurlu start

20:18 23-08-2023 | icon 440
“Araz Naxçıvan”dan uğurlu start

Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasında mübarizəyə start verib.

A qrupunda yer alan "Araz-Naxçıvan" Türkiyə çempionu "İstanbul Şişli" ilə qarşılaşıb. Matç təmsilçimizin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər matçında "Yan Reqensburq" (Almaniya) "Riqa" (Latviya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, sabah "Araz-Naxçıvan" "Yan Reqensburq"la qarşılaşacaq.

23 avqust

“Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə) - 9:1

Qollar: Lukas 4 (1:0), Bağırov 6 (2:0), Miloşavleviç 16 (3:0), Amadeu 22 (4:0), 23 (5:0), 30 (7:0), Atayev, 27 (6:0), 33 (8:0), Dannilu, 36 (9:0), Çamcı 39 (9:1)

Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr)

Salaspils. Salaspils İdman Arenası.


Digər xəbərlər

0.22337508201599