Gəncliyin tərəqqisinə xidmət nümunəsi

22:43 24-08-2023 | icon 536
Gəncliyin tərəqqisinə xidmət nümunəsi

Dahi şəxsiyyət Heydər Əliyevin polad iradəsi, prinsipiallığı nəticəsində həyata
keçirilən möhtəşəm tədbirlər Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi ibazasının
yaradılmasında mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan iqtisadiyyatının inkişafında
neft sənayesinin rolunu dərindən dərk edən Heydər Əliyev bu sahənin inkişafı üçün
böyük işlər görmüşdü. Belə ki, yeni yataqların qazılması, müasir, mütərəqqi
texnologiyaların neft sənayesinə tətbiqi Heydər Əliyevin böyük zəhməti, yüksək
idarəetmə qabiliyyəti sayəsində mümkün olmuşdu.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə də
Azərbaycan iqtisadiyyatının dinamik inkişafına nail olunmuş, eəlm, ttməhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə böyük uğurlara imza atılmış, ölkəmizin beynəlxalq
aləmdə siyasi imici yüksəlmiş, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi,
sarsılmazlığı təmin olunmuşdur.
1993-cü ili xatırlayaq. Həmin vaxt hakimiyyətin səbatsız və qətiyyətsiz adamların
əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu. Ölkəmizin ədalətsiz
müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr, dərin siyasi-iqtisadi
böhran, vətəndaş qarşıdurması müstəqilliyimizin ilk illəri üçün səciyyəvi olan ağrılı bir
cəhət idi. O vaxt ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə
qayıtmasaydı, idarəçiliyin sükanını öz əlinə almasaydı, milli azadlığımız uğrunda
qətiyyətli mübarizə aparmasaydı, kim bilir, dövlətçiliyimizin taleyi necə olacaqdı! O,
1993-cü ilin oktyabr ayında ölkə başçısı seçildikdən sonra müstəqilliyimiz uğrunda daha
ciddi və cəsarətli addımlar atmağa başladı, titanik zəhmət bahasına Azərbaycanı bütün
dünyaya tanıtdı. Dövlətçilik ənənələrindən bəhrələnmiş yeni siyasət Azərbaycana yeni
həyat, müasirlik, qarşısıalınmaz inkişaf bəxş etdi. Bu siyasətin müəllifi olan ulu
öndərimiz müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların
hüquq və azadlıqlarının mühafizəsi sahəsində çox böyük iş görüb, tariximizdə heç vaxt
bu qədər böyük və möhtəşəm dövlətçilik fəaliyyəti həyata kesirilməyib.
Məhz ümummilli liderimiz Heydər Əliyevin gərgin səyi nəticəsində azərbaycanlı
gənclər SSRİ-nin qabaqcıl elm və təhsil müəssisələrinə oxumağa göndərilmişdi. Cəmşid
Naxçıvanski adına hərbi məktəbin açılması ulu öndərin Azərbaycan xalqı qarşısındakı
tarixi xidmətlərindən idi. Ulu Öndər demişdi: “Müstəqil Azlərbaycanın gələcəyi gənclərin
əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə Ugənclərimizi nə qədər yaxşı,
hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli,
uğurlu, parlaq olacaqdır.”
İndi Heydər Əliyevin memarı olduğu müstəqil respublikamız sürətli və geniş inkişaf
yolundadır. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş mənada dövləti
xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır. Ölkənin bütün guşələrində
əmin-amanlıq və sabitlik, qarşısıalınmaz inkişaf hakimdir, torpağımızın hər qarışında ulu
öndərimizin iradə və əzmkarlığı öz bəhrələrini verir, həyatımıza şanlı qələbələrin
yazılması təmin edilir. Bütün bunların nəticəsində müstəqilliyimizin dayaqları
möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. İnanırıq ki,
xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız
öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə
də iqtisadi asılılığımız olmayacaq. Əslində belə asılılıq indi yoxdur, möhtərəm
Prezidentimiz cənab İlham Əliyev bunu dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin
başlıca göstəricisi də məhz budur.

Xanoğlan Süleymanov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.23474287986755