Heydər Əliyev milli dövlətçilik ideyasının müəllifidir

22:46 24-08-2023 | icon 642
Heydər Əliyev milli dövlətçilik ideyasının müəllifidir

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər
Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin
Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi
olmuşdur. Azərbaycanın buğunkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.
Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. O,
realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş
çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə
tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı
bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan
uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Ulu Öndərin ən
böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi
yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı
Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək ümummilli
liderin ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan bu gün dünyanın ən sürətlə,
hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən
genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə
xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi – ictimai
və mədəni həyatında böyük xidmətlər göstərmişdir. Heydər Əliyev xalqını böyük
məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. 1993–cü ilin
keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə
qayıdan böyük Ulu Öndər Heydər Əliyev respublikamızda ictimai-siyasi sabitliyi təmin
etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmaq təhlükəsindən xilas
etməklə, milli qurtuluşu təmin etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
respublikamızda tüğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə
qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin,
Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən
ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il
oktyabrın 3-də ölkə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər o zaman
Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu
strategiyanı həyata keçirdi. Bütün çətinliklərə, manelərə baxmayaraq ən qısa müddətdə
ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümumilli liderin şəxsiyyəti, onun
özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu,
xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin
müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu,
ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu.
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Xalq da heç vaxt ondan öz
dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər
Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın
mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.
Biz bu gün də buna inanırıq. Heydər Əliyevin xatirəsi qədirbilən xalqımızın
qəlbində həmişə yaşayacaq və xalqımız müdrik rəhbərinin xatirəsini ehtiramla yad
edəcəkdir.

Nazim Əsgərov,
Cəlilabad rayon Alar kənd 1 nömrəli
tam orta məktəbin direktoru


Digər xəbərlər

0.2684121131897