Ulu öndər Heydər Əliyev və müstəqil dövlətçilik ideyası

22:47 24-08-2023 | icon 440
Ulu öndər Heydər Əliyev və müstəqil dövlətçilik ideyası

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər
Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin
Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi
olmuşdur. Azərbaycanın bugun ki, uğurları Heydər Əliyev strategiyasının
təntənəsidir.Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət
xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində,
işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və
müdrikliyində idi.
Ulu öndər Ulu Öndər 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin
sədri seçildiyi qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, quruma siyasi
mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların
məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə
parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Tam dəqiqliklə
söyləmək olar ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də
müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da
yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə
tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq
ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər
Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər
Naxçıvan MR Ali Məclisinin sədri seçildikdən sonra Naxçıvanıanı zamanın ağır və sərt
sınaqlarından çıxara bilmiş, muxtar respublikanın gələcək inkişaf strategiyasını
müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Ümumiyyətlə, ulu öndərin Naxçıvana rəhbərlik etdiyi dövr respublikanın tarixinə Heydər
Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Ümummilli lider ilk növbədə burada ictimai-
siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, muxtar respublikanın sosial-
iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik
bərqərar edildi, müstəqilliyin qorunub saxlanması üçün bütün istiqamətlərdə kompleks
tədbirlər həyata keçirildi.
Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Heydər Əliyev xalqını
böyük məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini
qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın
təməlini qoydu. Ümumilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə
qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi
və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Bu gün ölkəmizdə davam edən
genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir.

Cavanşir Həsənov,
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin
Heyvandarlıq sektorunun müdiri


Digər xəbərlər

0.54602909088135