Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yaradıcısıdır

22:48 24-08-2023 | icon 581
Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yaradıcısıdır

Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1998-ci
ildə imzaladığı müvafiq Fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası
istiqamətində çox mühüm addım atdı və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk
əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələr Günü elan edildi.
Ulu Öndər özü görkəmli dövlət xadimi, dünya miqyaslı böyük siyasətçi, həm də
peşəkar hərbçi idi: “1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər
seçilməsi ilə azərbaycanlıların hərbi məktəblərə daxil olmalarının təmin edilməsi, zabit
kadrlarımızın vəzifələrə irəli çəkilməsi, hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin
əsasının qoyulması ordu quruculuğu sahəsində milli maraqlarımızın nəzərə alınması
istiqamətində aparılan siyasətin bünövrəsini təşkil edirdi. Xalqın təkidli çağırışlarına səs
verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider ordu quruculuğu
sahəsində tarixi qərarlar qəbul etdi və genişmiqyaslı islahatlara start verdi. Silahlı
qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı, dövlətçiliyi və hərbi andı hər
şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi
hissələrin rəhbərliyinə cəlb olundular. Müəyyən qrupların və siyasi dairələrin şəxsi
maraqlarına xidmət edən silahlı dəstələr buraxıldı, ayrı-ayrı qoşun növlərinin, hərbi
hissələrin formalaşdırılması prosesi qısa müddət ərzində tam başa çatdırıldı, eyni
zamanda, orduya çağırış və fərarilik halları ilə bağlı problemlər həll edildi. Şəxsi heyətin
mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi
vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı və
maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı”.
Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev
strateji əhəmiyyətli sahələrdə dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar
həyata keçirərək müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizamlı və
yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail oldu:
“Dünya miqyasında ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz işğal altında
olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl
döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi. Ötən illər ərzində Silahlı
Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb və bundan sonra da ordu quruculuğu
sahəsində müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Ali Baş Komandanın
tələb və tövsiyələrinə uyğun olaraq bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun
növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha
effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin
genişləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da
təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların
hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar
durur. Cənab Ali Baş Komandan İlham Əliyev bu məsələlərə xüsusi diqqət göstərir və
Öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın
ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır. Bu xüsusda
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan, hərbi-strateji
əməkdaşlığın perspektivləri baxımından müstəsna əhəmiyyət kəsb edən Şuşa
Bəyannaməsi müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə
təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli
fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallaşdırılması və müdafiə sənayesi
texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin
keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir.
Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq ölkənin
təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunması təminatını ən yüksək
səviyyədə həyata keçirir. Bir daha əminliklə qeyd etmək istərdik ki, qalib Azərbaycan
Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi

intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək və Müzəffər
Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını
yerinə yetirmək üçün hər an hazır olacaqdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrnin şəxsi heyətinə möhkəm
cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətlərində müvəffəqiyyətlər
arzulayıram. Doğma Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizə Allahdan
rəhmət, ailələrinə və yaxınlarına səbir, qazilərimizə şəfa diləyirəm.

Sənubər Manafova,
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası
Publik Hüquqi Şəxsin direktor müavini


Digər xəbərlər

0.27459192276001