“Nar” “Stevie” mükafatına layiq görüldü
“Nar” “Stevie® International Business Awards” beynəlxalq biznes mükafatını qazandı. “Nar” bu mükafatı “Müştəri məmnuniyyəti” nominasiyasında, son 2 il ərzində müştəri xidmətləri sahəsində uğurlarına görə layiq görüldü.
Mükafatın müstəqil hakimlərinə “Nar”ın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələr haqqında geniş hesabat təqdim edildi. Şirkətin məsafədən göstərdiyi müştəri xidmətləri, yüksək rəqabət olan Azərbaycan bazarında Müştəri Loyallığı İndeksində (Net Promoter Score) liderliyi beynəlxalq münsiflər tərəfindən xüsusi vurğulanıb. Stevie® Awards 2002-ci ildə ABŞ-da təsis olunub və dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini qiymətləndirir və uğurlu nümunə kimi tanıdır. Qeyd ki, “Nar” artıq 2-ci dəfədir bu mükafata layiq görülür.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...