Atıcılıq üzrə dünya çempionatında Azərbaycanın uğuru - Fotolar

23:15 24-08-2023 | icon 535
Atıcılıq üzrə dünya çempionatında Azərbaycanın uğuru - Fotolar

Bu gün 25 metr məsafəyə mərkəzə atəş tapançasından atış növündə kişi və qadınların yarışı keçirilib.

Gün azərbaycanlı idmançılar üçün uğurlu başlayıb.

Yekun nəticələrə görə Nigar Nəsirova qızıl medal qazanıb. Gümüş medalın sevincini Nərminə Səmədova bayram edib. Üçüncü yerə Monqolustandan olan atlet Xişiqderger Enxbat sahib olub.

Kişilərin mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz qızıl medal qazanıb. Gümüş medalı Estoniyanı təmsil edən Peeter Olesk aktivinə yazıb. Almaniya atleti Florian Peter bürünc medala yiyələnib.

Bu yarışın kişilərin komanda növündə Almaniya birinci, Koreya ikinci, Hindistan üçüncü olub.

 

 









Digər xəbərlər

0.25746703147888