İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir

11:06 25-08-2023 | icon 503
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir

Özbəkistan prezidentinin Azərbaycana rəsmi səfəri ilə iki ölkə arasında
münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən
mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza
formalaşdırıldı. Prezident İlham Əliyev Özbəkistana səfəri həqiqətən sıçrayış xarakterli
səfərdir. Müzakirə olunan mövzuların mahiyyətinə, formasına, məzmununa əsasən bu
səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.
Azərbaycan və Özbəkistan imzalanan sənədlər arasında strateji tərəfdaşlığın
dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə,
həmçinin hərbi və hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş də var. Strateji
tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli
əməkdaşlığa kökləyir.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışında bildirib:
“İmzalanan sənədlər mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni
səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq
təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı
bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü
siyasi iradə var.
Azərbaycan Prezidenti qeyd edib ki, hərbi və hərbi-texniki sahələrdə nəzərdə
tutulan əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Bu sahə hər bir ölkə üçün, xüsusən
bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar
təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət
tələb edir. Buna görə də, düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə
yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil
sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı
möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq.
Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad
etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu daha da artıb. Azərbaycan
regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə etməyə
başlayıb. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli
sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc
dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Eyni zamanda qeyd
etmək lazımdır ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı
dəstəkləyir və ərazilərin bərpasında yaxından ioştirak etmək əzmindədir. Füzuli
şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır.
İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi
planlaşdırılır. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq.
Azərbaycan bunu çox yüksək qiymətləndirir və qardaşlıq münasibəti bizim üçün çox
qiymətlidir.

Nizami Hüseynov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.24083399772644