Əməkdaşlıq əlaqələrinin uğurunu təmin edən önəmli amil

11:08 25-08-2023 | icon 505
Əməkdaşlıq əlaqələrinin uğurunu təmin edən önəmli amil

Özbəkistan xalqı Heydər Əliyevin özbəklərə, Özbəkistana münasibətini çox
yaxşı bilir. Prezident İlham Əliyevin səfəri zamanı Daşkənddə Heydər Əliyev
Meydanının açılışının olması da rəsmi Daşkəndin Bakı ilə münasibətlərinin inkişaf
etdirilməsində maraqlı olduğunu göstərir. Diqqətçəkən məqam isə bu səfərin 25 il əvvəl
ulu öndər Heydər Əliyevin dost ölkəyə səfərinin tarixi ilə üst-üstə düşməsidir. Şavkat
Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz
Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və
dostluğumuzun göstəricisidir.
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident
İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol
oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə
müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.
2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə
məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər
etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm
verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata
keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib.
Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak
etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının
bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı
ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını
müəyyənləşdirib.
Mühüm nəqliyyat marşurutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan
bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən
siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu
yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün
bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan
yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin
ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan
Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq
avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Ramil Bağırov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini


Digər xəbərlər

0.21840214729309