Münasibətlərimizin tarixi zəngindir

11:11 25-08-2023 | icon 643
Münasibətlərimizin tarixi zəngindir

Özbəkistan prezidentinin Azərbaycana səfəri bir daha onu göstərir ki, iki ölkə
arasındakı münasibətlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox
yüksək səviyyədə qurulmuşdur. Səfər çərçivəsində imzalanmış sənədlər mövcud
potensialdan faydalanmaq üçün zəmin yaradır.
Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi
var. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası
münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycan-Özbəkistan
münasibətlərinin də tarixi kökləri var, mədəni əlaqələrin tarixi çox qədimlərə gedib çıxır.
Tarixi şəhərlər olan Səmərqənd, Buxara, Bakı, Gəncə, Şamaxı, Naxçıvan arasında
güclü mədəni-iqtisadi əlaqələr olub. Orta əsrlərdə özbək mütəfəkkiri Əlişir Nəvainin
Nizami Gəncəviyə xüsusi rəğbəti olub. Daha sonra Azərbaycan şairi Məhəmməd
Füzulinin də Əlişir Nəvaidən ilhamlanaraq əsərlər yaratdığı qeyd olunur. Ötən əsrin
əvvəllərində “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılıb. Azərbaycanın
məşhur “Arşın mal alan”, “Leyli və Məcnun” əsərləri dəfələrlə Özbəkistanın səhnələrində
nümayiş etdirilib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi
səfəri çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı
fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə
də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq
təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən
başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək
münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.
Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan
gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi
və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin
qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin
keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət
əlaqələri və elmi mübadilə mövcud olub.Ölkələrimizin diplomatik münasibətlərinin 1995-
ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında
ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və
mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim
dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz
“Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
Enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Enerji
şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Nəqliyyat-logistika sahəsində yük axınının
artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik.
Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması
barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək
səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş
olmasının göstəricisidir.
Artıq əldə edilən nəticələr bizim gələcəklə bağlıdüzgün yolda olduğumuzu göstərir.
Bizim qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir.

Xalis Quliyev,
Cəlilabad Tibb Kollecində müəllim YAP fəalı


Digər xəbərlər

0.21431016921997