Balaca qız Prezident və xanımını evlərinə dəvət etdi - Fotolar

00:47 26-08-2023 | icon 1340
Balaca qız Prezident və xanımını evlərinə dəvət etdi - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım əvvəlcə Laçından olan sakinlərlə görüşüb və  onlarla söhbət ediblər.

Kişi sakin: Anam 46 il burada müəllim işləyib. Biz anam tərəfdən böyük nəsil-kökük.

Mehriban xanım Əliyeva: Bura cənnətdir. Nə qəşəng qızdır.

 
 

Balaca qız: Gedək bizim evimizdə bir çay içək.

Prezident İlham Əliyev: Sağ ol, bala, çox sağ ol. Hələ çox gələcəyik. Sağ olun. Sizə cansağlığı və uğurlar.

Qadın sakin: Sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun.

 

 



Digər xəbərlər

0.36170506477356