Bu gün Laçın şəhəri günüdür
Bu gün Laçın şəhəri günüdür.
Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd ediləcək.
Bu günün qeyd olunması Azərbaycan Ordusunun ötən ilin avqustun 26-da Laçın şəhərində yerləşməsi ilə əlaqədardır. Həmin gün Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndləri də nəzarətə götürülüb.
Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi Prezident İlham Əliyevə məruzə olunub.
Məruzəni Korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov edib:
“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan. Qarabağ Azərbaycandır!”
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...